Azərbaycan yığması Albaniya ilə qarşılaşacaq

4 Mart 2024 11:07

Azərbaycan millisinin yoldaşlıq görüşü üçün daha bir rəqibi müəyyənləşib.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, Albaniya mətbuatına istinadən xəbər verir ki, yığmamız bu ölkənin komandası ilə qarşılaşacaq.

Görüş iyunun 7-nə təyin olunub. Avstriyanın Qrats şəhərində baş tutacaq matç yerli vaxtla saat 20:45-də start götürəcək. Bu, AVRO-2024-də çıxış edəcək albanların son yoldaşlıq oyunu olacaq.

Qeyd edək ki, Albaniya yığması AVRO-2024-ün B qrupunda İspaniya, Xorvatiya və İtaliya ilə oynayacaq. Albanlar ilk matçlarında iyunun 15-də İtaliyaya ilə qarşılaşacaq.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun