Bu ərazidə qaz kəsiləcək

4 Mart 2024 10:33

Bakının Binəqədinın qaz təchizatında fasilə yaranacaq.

Milli.Az xəbər verir ki, bu barədə "Azəriqaz" məlumat yayıb.

Bildirilib ki, "Digah" QPS-də "Balaxanı Sənaye" kollektorundan qidalanan "Sərdarov zavodu (Əhali)" orta təzyiqli qaz kəmərində aşkar olunmuş sızmanın ləğvi ilə əlaqədar 04.03.2024-ci il tarixdə saat 10:30-dan etibarən "Sərdarov zavodu (Əhali)" orta təzyiqli qaz kəmərində qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri aparılan müddətdə Binəqədi rayonunun Binəqədi qəsəbəsinin, Binəqədi kəndinin, Mədən ərazisinin, Baksol yolunun və Binəqədi şosesinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun