Nə ürək əməliyyatı, nə də xərçəng onu dayandırdı: 63 yaşlı kişi atletika üzrə rekord qırdı

9 Mart 2024 10:05

İzmirdə təqaüdə çıxdıqdan sonra hobbi olaraq qatıldığı qaçış üzrə yarışlarda çoxlu medallar qazanan 63 yaşlı Murat Sağlam keçirdiyi açıq ürək və prostat xərçəngi əməliyyatlarına baxmayaraq təslim olmayıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, o, Atletika üzrə Türkiyə Masters Çempionatında öz yaş qrupunda ölkə rekordu qırıb.

Sağlam komanda yoldaşları Mücteba Apaydın, Mustafa Hancıoğlu və Abdullah Sevinç ilə 4x200 metr estafet yarışında 1:59.34 nəticə ilə birinci olub. Fərdi yarışda isə o, 60 metr məsafəyə qaçışda ölkə ikincisi, 200 metr məsafəyə qaçışda isə Türkiyə üçüncüsü olmağı bacarıb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun