Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistanın Baş naziri Şahbaz Şərifə zəng edərək onu baş nazir seçilməsi münasibətilə təbrik edib.
Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Türkiyənin Prezident Administrasiyasının Kommunikasiya idarəsi məlumat yayıb.
Qeyd olunub ki, telefon danışığında Türkiyə-Pakistan əlaqələri, regional və qlobal məsələlər müzakirə edilib.
Xatırladaq ki, martın 3-də Şahbaz Şərif Pakistanın baş naziri seçilib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun