Sırskiyə kart-blanş verdim: hər şey… - Zelenski

3 Mart 2024 22:10

Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski orduda kadr dəyişikliyi etmək üçün kart-blanş alıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

"Baş komandan və komandirlər hər gün lazım olan yerdə - ön cəbhədədirlər. Baş komandanın orduda və qərargahda hər hansı dəyişikliklər üçün kart-blanş hüququ var. Bütün ukraynalı komandirlər cəbhəni bilməli, cəbhəni hiss etməlidirlər. Onlar həqiqətən də əsgər və çavuşların yanında olmalıdırlar. Ukraynanın məqsədlərinə çatmaq üçün nə olmalısan, elə ol", - Zelenski videomüraciətində bildirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun