Türkiyədə zəlzələ baş verdi

3 Mart 2024 19:34

Türkiyənin Malatya şəhərinin Doğanşehir ilçəsində 4,4 maqnitudalı zəlzələ olub.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) bildirib.

Yeraltı təkanların episentri 7,31 km dərinlikdə olub.

Tələfat və dağıntı barədə məlumat verilməyib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun