İsrail İordan çayının qərb sahilində genişmiqyaslı reydlər həyata keçirib

3 Mart 2024 19:20

İsrail hərbçiləri İordan çayının qərb sahilindəki Qalkilya, Əl-Arrub və Tulkarm qaçqın düşərgələrində gecə boyu genişmiqyaslı reydlər həyata keçirib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Qətərin "Əl-Cəzirə" telekanalı məlumat yayıb.

Kanal qeyd edir ki, hərbçilər işğal olunmuş İordan çayının qərb sahilində bir neçə yaşayış məntəqəsinə gecə ərzində reydlər keçirib, əhəmiyyətli qüvvələr Tulkarm şəhərinə girmək üçün göndərilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun