Şok: Bu səbəbdən də uşaqlar öz atasını öldürərmi?..
21 May 2010 17:37
Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, iki uşaq - bacı və qardaş birləşərək atalarını qətlə yetiriblər. Onun cəsədi təxminən 5 ay sonra aşkarlanıb. Hadisənin səbəbi hətta istintaqçıları da şoka salıb: ata övladlarını məktəbə getməyə məcbur etdiyi üçün uşaqlar onunla bu cür "haqq-hesab çəkiblər".
Perm milisi bildirir ki, uşaqların anası bu günlərdə evdən dəhşətli qoxunun gəlməsilə bağlı milisə müraciət edib. Axtarış zamanı zirzəmidən 5 ay əvvəl öldürülmüş atanın cəsədi tapılıb. O vaxtdan mərhum itkin düşmüş sayılırdı. Bu haqda milisə də məlumat verilibmiş.
Qatillər 17 yaşlı Maşa və 15 yaşlı İlya isə bütün bu dövrdə "ağızlarına su alaraq" susublar. Milisin cəsədi tapmasından sonra uşaqlar da əməllərini etiraf ediblər. Onların hər ikisi tutulub və barələrində cinayət işi açılıb.
Milli.Az