Rahilin komandasının 17 oyunluq qələbə həsrəti bitdi

3 Mart 2024 18:05

Azərbaycanlı futbolçu Rahil Məmmədov Polşa çempionatında ilk qələbəsini qazanıb.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, onun çıxış etdiyi LKS öz meydanında 3:2 hesablı qalibiyyət əldə edib.

Lodz klubu 23-cü turda "Puşça" ilə qarşılaşıb. Rahilin komandası hesabda geri düşsə də, 3 qol vura bilib. LKS 17 oyundan sonra Ekstraklasada 3 xala sahib çıxıb. Məmmədov 90 dəqiqə meydanda olub.

Qeyd edək ki, Azərbaycan yığmasının müdafiəçisi qışda LKS-ə keçib. Lodzlular 13 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıblar.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun