Messidən yubiley qolu - VİDEO

3 Mart 2024 17:53

Ötən gecə MLS liqasında "Orlando Siti"ni 5:0 hesabı ilə yenən "İnter Mayami"nin argentinalı superulduzu Lionel Messi dubl etdiyi görüşdə yubiley qoluna imza atıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, 37 yaşlı Leo ölkə çempionatlarında 500-cü qolunu vurub. 

Matçın və həmin qolun görüntülərini təqdim edirik:

Qeyd edək ki, Messi bütün rəsmi turnirlərdə 891 matçda meydanda olub.  O, bu qarşılaşmalarda 722 qol vurub, 345 məhsuldar ötürmə edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun