Hakan Fidan ABŞ-a səfər edəcək

3 Mart 2024 16:29

Türkiyə xarici işlər naziri Hakan Fidan ABŞ-a səfər edəcək.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə, o, Antalya Diplomatiya Forumunun qapanış mərasimində çıxışı zamanı bildirib.

O qeyd edib ki, səfər çərçivəsində iki ölkə arasında təsis edilmiş Strateji Mexanizm platformasının fəaliyyəti və digər beynəlxalq məsələlər müzakirə ediləcək.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun