Yollar buz bağlayacaq - Xəbərdarlıq

3 Mart 2024 14:36

Azərbaycanda avtomobil yollarındakı vəziyyət açıqlanıb.

Martın 4-də gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar olaraq avtomobil magistral yollarında görünüş məsafəsinin 200-800 metrədək məhdudlaşacağı ehtimalı var.

Milli Hidrometeorologiya Xidmətindən Milli.Az-a verilən xəbərə görə, gecə və səhər saatlarında bəzi dağlıq rayonlarda yolların buz bağlayacağı ehtimalı var.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun