HƏMAS atəşkəs üçün şərtlərini açıqladı

3 Mart 2024 14:20

İsrail Fələstinin radikal HƏMAS hərəkatının tələblərini qəbul edərsə, 1-2 gün ərzində atəşkəs razılaşmasına nail olmaq mümkündür.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "Agence France-Presse" nəşrinə hərəkatın nümayəndəsi məlumat verib.

"İsrail HƏMAS-ın məcburi köçkünlərin Qəzza zolağının şimalına qayıtması və humanitar yardımın artırılması da daxil olmaqla tələbləri ilə razılaşarsa, bu, növbəti 24-48 saat ərzində atəşkəs razılaşmasına zəmin yarada bilər", - bəyanatda deyilir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun