Azərbaycan derbisi ilə bağlı hər kəsi sevindirəcək SON XƏBƏR

3 Mart 2024 14:14

Azərbaycan Premyer Liqasında 25-ci tura bu gün yekun vurulacaq.

Turun son oyununda "Neftçi" "Qarabağ"ı qonaq edəcək.

Son günlər qarşılaşmalara azarkeşlərin az gəlməsi əsas müzakirə olunan mövzulardandır.

Amma əzəli rəqiblərin duelində tamaşaçı problemi olmayacaq.

Belə ki, "Neftçi Arena"da keçiriləcək Azərbaycan derbisinə böyük maraq var.

Satışa çıxarılan biletlərin təxminən 5 mini satılıb.

Milli.Az sportinfo.az-a istinadla bildirir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat verib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun