Türkiyədə terrorçuların sığınacaqları dağıdıldı

3 Mart 2024 09:29

Türkiyənin Tunceli vilayətində terrorçuların istifadə etdiyi altı sığınacaq dağıdılıb.

Milli.Az-ın TurkicWorld-a istinadən məlumatına görə, bu barədə Tunceli valisi Bülent Tekbıyıkoğlu X sosial media hesabından paylaşım edib.

"Tuncelidə terrorla mübarizə qətiyyətlə davam edir. Keçirilən əməliyyat nəticəsində terrorçuların istifadə etdiyi 6 sığınacaq jandarma qrupları tərəfindən məhv edilib." - deyə Tekbıyıkoğlu bildirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun