ABŞ bərbad vəziyyətdədir, ölkə dağıdılır - Tramp

2 Mart 2024 23:05

ABŞ Co Baydenin rəhbərliyi altında dünya səhnəsində özünü alçaldıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu Amerikanın keçmiş lideri Donald Tramp deyib.

"Amerika dünya səhnəsində zəiflədi və alçaldıldı. Əyri Co Bayden III Dünya müharibəsinin astanasındadır", - Tramp vurğulayıb.

Eks-prezidentin sözlərinə görə, ABŞ bərbad vəziyyətdədir, iqtisadiyyat isə inflyasiya fəlakəti ucbatından dağılır:

"Biz əyri Co Baydenə deyəcəyik: Co, işdən çıxmalısan. Siz dəhşətli prezident olmusunuz".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun