Sorğu: Bayden həm Trampdan, həm də Heylidən geri qalır

3 Mart 2024 00:12

ABŞ Prezidenti Co Bayden amerikalı seçicilərin dəstəyi baxımından həm Donald Trampdan, həm də BMT-nin keçmiş səfiri Nikki Heylidən geri qalır.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu nəticələr "Nyu York Tayms" və Siena Kollecinin keçirdiyi sorğuya əsasən müəyyən edilib.

Məlumata görə, respondentlərin 48%-i Trampı, 43%-i Baydeni dəstəkləyəcəyini bildirib.

Bayden və Heyli arasında seçim edərkən sorğu iştirakçılarının 45%-i Heylini, 35%-i isə Baydeni seçib.

Sorğu həmçinin müəyyən edib ki, amerikalıların yalnız 24%-i ABŞ-ın düzgün istiqamətdə getdiyinə inanır, 65%-i hazırkı administrasiyanın siyasətini bəyənmir, 11%-i isə bilmədiklərini deyib və ya cavab verməkdən imtina edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun