İranın “İmam Hüseyn” diviziyasına savaş açdılar – İlk zərbə endirildi

2 Mart 2024 22:32

İsrail Müdafiə Qüvvələri (SAXAL) bu səhər Livanın cənubunda "Hizbullah" terror təşkilatı ilə birlikdə fəaliyyət göstərən İrana bağlı "İmam Hüseyn" diviziyasına aid yaraqlılara məxsus maşına zərbə endirdiyini təsdiqləyib.

Milli.Az teleqraf.com-a istinadən xəbər verir ki, terrorçuların bölgədəki hədəfləri raketlərlə vurulub.

Zərbə nəticəsində 5 yaraqlı ölüb.

SAXAL həmçinin bildirir ki, qırıcı təyyarələrlə "Hizbullah"ın mövqeləri və iki obyektinə zərbələr endirilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun