Ceyhun Bayramov Şimali Kiprdən olan həmkarı ilə TDT çərçivəsində əməkdaşlığı müzakirə edib - FOTO

2 Mart 2024 21:35

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 3-cü Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Şimali Kipr Türk Cümhuriyyətinin xarici işlər naziri Tahsin Ertuğruloğlu ilə görüşüb.

Milli.Az xəbər verir ki, bu barədə Ceyhun Bayramov "X" səhifəsində paylaşım edib.

"Şimali Kiprdən olan həmkarımla görüşməkdən məmnunam. Biz Türk Dövlətləri Təşkilatını əməkdaşlığın inkişafı üçün effektiv platforma kimi qeyd etdik", - paylaşımda deyilir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun