İt sahibinin cinsi orqanını yedi

2 Mart 2024 18:43

Almaniyada it sahibinə hücum edib.

Milli.Az lent.az-a istinadən bildirir ki, Eykel bölgəsinin sakinləri polisə müraciət edərək hürən itin onları narahat etdiyini bildiriblər. Zəngə cavab verən hüquq-mühafizə orqanlarının əməkdaşları həmin evə daxil olub və yerdə qanlar içində qalan 66 yaşlı kişini aşkar ediblər.

Zərərçəkmiş ağır vəziyyətdə tibb müəssisəsinə çatdırılıb, o, komadadır və hələ də özünə gəlməyib.

İddialara görə, it kişiyə hücum edərək, onun cinsiyyət orqanını yeyib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun