“Moskva raketlə vurula bilər” - Şolz

2 Mart 2024 17:07

Almaniya Kansleri Olaf Şolz Rusiya daxilindəki hədəfləri vura biləcəyi üçün Ukraynanı "Taurus" qanadlı raketləri ilə təmin etməkdən çəkinəcəyini açıqlayıb.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, kansler Ukrayna ordusunun bununla Rusiyanın paytaxtını hədəfə ala biləcəklərini söyləyib.

"Taurus" 500 kilometr uçuş məsafəsinə malikdir, düzgün istifadə olunmasa, Moskvada hansısa hədəfi vura bilər", - Şolz deyib.

Kansler "Taurus" raketlərinin istifadəsinə nəzarəti təmin etmək üçün Ukraynaya alman hərbçilərinin göndərilməsinin zəruri olduğunu vurğulayıb. Amma Şolzun ​fikrincə, bu, istisnadır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun