“Rusiyadan asılılıq strateji səhvdir”

2 Mart 2024 14:30

Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ölkəsinin Rusiyadan asılılığını strateji səhv adlandırıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Qriqoryan bu barədə Ermənistanın İctimai televiziyasına müsahibəsində danışıb. 

Onun sözlərinə görə, ölkəsi 1991-ci ildən bütün - siyasi, hərbi-siyasi, elmi və iqtisadi sahələrdə Rusiyadan tamamilə asılı vəziyyətdə olub: "Lakin bu strategiya 2020-ci ildə artıq "işlək" olmadı. Rusiya Ermənistana kömək etməmək barədə qərar qəbul edəndə və bizim təhlükəsizlik sistemimiz tamamilə çökəndə, Ermənistan özü üçün alternativlər axtarmağa başladı".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun