İrəvanda yanacaqdoldurma məntəqəsinə silahlı hücum

2 Mart 2024 12:56

Ermənistanın paytaxtı İrəvanda yanacaqdoldurma məntəqəsinə silahlı hücum edilib. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı "Shamshyan" portalı yayıb. 

Məlumata görə, maskalı iki şəxs yanacaqdoldurma məntəqəsinin əməkdaşlarına hücum edib.

Əməkdaşların müqavimət göstərdiyi bildirilir. Nəticədə iki işçi yaralanıb. 

Silahlı şəxslər isə hadisə yerindən qaçıblar. Hazırda polis axtarışları davam etdirir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun