"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) idarə heyətinin sədri Rövşən Rüstəmovun rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstana səfərə gedib.
Milli.Az xəbər verir ki, səfərin məqsədi Bakı-Tbilisi-Qars dəmiryolu xəttində aparılan tikinti-bərpa və yenidənqurma işləri ilə tanış olmaqdır.
Həmçinin, Azərbaycan nümayəndə heyətinin rəhbəri Gürcüstan və Türkiyənin dəmiryolu idarələrinin rəhbərləri ilə görüşəcək. Görüşdə BTQ layihəsinin tam başa çatdırılması, yükdaşımaların həcminin artırılması və s. məsələlər diqqət mərkəzində olacaq.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun