Azərbaycanda 100 min manata "Quran" satılır - FOTOlar

2 Mart 2024 16:49

Azərbaycanda "Qurani-Kərim"in əlyazma kitabları satışa çıxarılıb.

Milli.Az sfera.az-a istinadən xəbər verir ki, bu barədə elan saytlarının birində məlumat paylaşılıb. Məlumata əsasən, müqəddəs kitablar 1293-cü ildə Təbriz şəhərində dövrün məşhur xəttatı tərəfindən yazılıb. Kitablar Azərbaycan İncəsənət Muzeyinin ekspert rəyini alıb.

Əlyazmaların cildləri ceyran dərisindəndir.  Kitablar 100 min manata təklif olunur. Lakin bunun son qiymət olmadığı qeyd edilib.

Əlyazma "Qurani-Kərim" kitabları hazırda Bakı şəhərindədir.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun