6 gün əvvəl sirkə turşusu içən qadın öldü

2 Mart 2024 11:18

Şəkidə 6 gün öncə sirkə turşusu içən qadın xəstəxanada ölüb.

Milli.Az-ın məlumatına görə, şəhər sakini 1986-cı il təvəllüdlü Sevinc Rəhimova müalicə aldığı Bakıda yerləşən xəstəxanalardan birində vəfat edib.

Xatırladaq ki, 38 yaşlı qadın bu il fevralın 25-də sirkə turşusu içərək intihara cəhd edib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun