Qazaxıstan sakinləri bir gün “qocaldılar” - SƏBƏB

2 Mart 2024 21:40

Qazaxıstanda vahid UTC+5 saat qurşağına keçiddən sonra ölkə sakinləri bir gün "qocalıblar". Belə ki, onların rəqəmsal sənədlərində doğum tarixi bir gün əvvəli göstərir.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə Milli İnformasiya Texnologiyaları şirkətindən xəbər verilib.

Bildirilir ki, "eGov" dövlət xidmətləri portalında yaranan nasazlıq belə bir problemə səbəb olub.

"Hazırda ekspertlər bunu araşdırır", - deyə məlumatda vurğulanır.

Qeyd edək ki, Qazaxıstan martın 1-dən UTC+5 vahid saat qurşağına keçib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun