Argentinada yeganə dövlət xəbər agentliyi bağlanır

2 Mart 2024 09:53

Argentina Prezidenti Xavyer Miley siyasi rəqiblərinin "ideya təbliğatına" görə ölkənin yeganə dövlət xəbər agentliyi olan "Telam"ı bağlayacağını açıqlayıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə dövlət başçısı parlament sessiyasının açılışında söyləyib.

"Biz son onilliklərdə kirşnerizmin təbliğat agentliyi kimi istifadə edilən "Telam" agentliyini bağlayacağıq", - Argentina Prezidenti vurğulayıb.

Miley daha əvvəl bütün dövlət mediasını özəlləşdirəcəyini bildirmişdi.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun