Sankt-Peterburqa PUA hücumu oldu

2 Mart 2024 10:03

Rusiyanın Sankt-Peterburq şəhərinə pilotsuz uçuş aparatları (PUA) ilə hücum olub.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Rusiyaya məxsus teleqram kanalları məlumat yayıb.

Bildirilib ki, hücum Ukraynaya məxsus PUA-larla törədilib. Hadisə nəticəsində 2 yaşayış binasının eyvanları zədələnib, şüşələri sınıb.

İlkin məlumata görə, xəsarət alan olmayıb.

Əraziyə təcili tibbi yardım əməkdaşları cəlb olunub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun