Bakıda insanların marağına səbəb olan “çiçək taksi”nin sürücüsü DANIŞDI - VİDEO

2 Mart 2024 16:13

Bakıda insanların marağına səbəb olan "çiçək taksi"nin sürücüsü danışıb.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, hər şey bir müştərinin ona gül dibçəyi verməsi ilə başlayıb.

Bu taksinin içindən bütün tıxaclar boz, bütün yol problemləri cılız görünür. Müştərilər isə düşməyə tələsmirlər.

Emil Zamanov iki ildir ki, taksi sürücüsü kimi fəaliyyət göstərir. Sərnişinlərin gülə maraqlarının olduğunu görüb, maşında güllərin sayını artırıb. Sonra kompozisiya tamamlansın deyə quşları da əlavə edib.

O bildirib ki, maşınında hər fəsil dekor dəyişir.

Taksidə xatirə dəftəri də var, müştərilər öz rəylərini bildirirlər.

Sürücü qeyd edib ki, bütün bu xidmətlərə görə gediş haqqından əlavə heç bir ödəniş tələb olunmur. Məqsədi sadəcə taksilərin çoxundan narazılıq edildiyi bir dövrdə müştərilərin məmnunluğunu təmin etməkdir.

Ətraflı süjetdə:

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun