37 yaşlı qadın öldürüldü - Əri saxlanıldı

2 Mart 2024 09:24

Bu gün Yevlaxda 1987-ci il təvəllüdlü qadın qətlə yetirilib.

Milli.Az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin regional qrupu məlumat yayıb.

Bildirilib ki, saat 03 radələrində Bəkirova Laləzar Camal qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Cinayət əməlini tötətməkdə şübhəli bilinən L. Bəkirovanın həyat yoldaşı 1986-cı il təvəllüdlü Bəkirov Həsrət Ramiz oğlu saxlanılıb.

Araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun