“Manga” “Eurovision-2010”-da səhnəyə belə çıxacaq - VİDEO - FOTOSESSİYA
21 May 2010 17:18
Milli.Az xəbər portalı "Habertürk"ə istinadən xəbər verir ki, qrupun indiyədək gizli saxlanılan geyimləri və səhnə nümayişi məşqdə jurnalistlərə təqdim edilib. Xoreoqrafiyasını kanadalı Ceneviv Klirin hazırladığı "Manga"nın səhnə performansı məşqi izləyənlər tərəfindən bəyənilib. İngilis rəqqasə Natali Merreybl isə səhnədə robot qadın kostyumu ilə izləyənlərin diqqətini çəkib.