Bu ölkədə güclü zəlzələ oldu

2 Mart 2024 00:15

Yəmən yaxınlığında 5,9 maqnitudalı zəlzələ olub.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Geoloji Xidmətinin verilənlərindən məlum olub.

Verilənlərə əsasən, saat 20:29-da (Bakı vaxtı ilə 21:29-da) Ərəbistan dənizində, ölkənin Sokotra adasından 360 km cənub-şərqdə zəlzələ qeydə alınıb. Yeraltı təkanların ocağı 10,2 km dərinlikdə yerləşib.

Quruda dağıntı və tələfatın olması barədə məlumat yayılmayıb. Regionda sunami təhlükəsi elan olunmayıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun