Lavrovdan Ostinə cavab: Müharibə sizin ideyanızdır

1 Mart 2024 21:50

Rusiyanın NATO ölkələrinə hücum etmək fikri yoxdur, lakin görünür, ABŞ-ın belə bir ideyası var.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov Pentaqon şefi Lloyd Ostinin NATO-Rusiya savaşı ilə bağlı açıqlamasını şərh edərkən deyib.

Qeyd edək ki, Lloyd Ostin Ukraynanın məğlub olacağı halda NATO və Rusiya arasında müharibə başlayacağını bildirmişdi.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun