Həm qaynını öldürdü, həm də...

1 Mart 2024 20:12

Martın 1-də saat 18 radələrində Sumqayıt şəhəri ərazisində 1981-ci il təvəllüdlü Salahov Nicat Saleh oğlunun kəsilmiş-deşilmiş xəsarətlərlə ölməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən Milli.Az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilininən 1976-cı il təvəllüdlü Rzayev Ceyhun Alxan oğlu qətli törətdikdən sonra intihara cəhd edib. O, xəstəxanaya yerləşdirilib.

Hadisə şəxsi münasibətlər zəminində baş verib. Qətlə yetirilən şəxslə C.Rzayev qohum olub.

Araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun