Navalnı ilə vida mərasimi keçirilir - FOTO

1 Mart 2024 16:08

Fevralın 16-sı xüsusi rejimli cəzaçəkmə müəssisəsində dünyasını dəyişən rusiyalı siyasətçi Aleksey Navalnı ilə vida mərasimi keçirilir.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, 47 yaşlı siyasətçinin cənazəsi mərasim üçün Maryinoda kilsəyə aparılıb.

Vida üçün əraziyə çox sayda insan toplaşıb. Navalnı vida mərasimindən sonra Moskvanın Borisov qəbiristanlığında torpağa tapşırılacaq.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun