"Qarabağ"ın Avropa Liqasındakı rəqibi "Bayer"in baş məşqçisi Xabi Alonsonun çoxsaylı təkliflər alması klub rəhbərliyini narahat etmir.
Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, bunu Almaniya təmsilçisinin idman direktoru Simon Rolfes açıqlayıb.
O, ispaniyalı mütəxəssisin Avropa nəhənglərinin hədəfində olmasına münasibət bildirib: "Mən arxayın və nikbinəm. Məşqçi üçün ən vacibi rahatlığı və öz yerində olduğunu hiss etməsidir. Xabi bu haqda çox danışıb".
Qeyd edək ki, Alonso 2022-ci ilin oktyabrından "Bayer"i çalışdırır.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun