Arda Gülərlə Karlo Ançelotti arasında PROBLEM

1 Mart 2024 11:03

Madrid "Real"ının bir neçə futbolçusu baş məşqçi Karlo Ançelottidən narazıdır.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, bu barədə "Athletic" nəşri məlumat yayıb.

Bildirilib ki, siyahıda Arda Gülər, Luka Modriç, Naçon Fernandes, Niko Paz və Kepa Arrizabalaqanın adları var.

Futbolçular meydanda az olmalarından narazıdırlar. Eyni zamanda, Ançelotti də onların komandadakı gələcəkləri ilə bağlı dəqiq cavab verə bilmir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun