Qəzza bölgəsində ərzaq yardımlarının paylanması zamanı 100 nəfər həlak olub, 760 nəfər yaralanıb.
HƏMAS bildirir ki, İsrail ordusu humanitar yardım gətirmiş yük maşınları karvanının ətrafına toplaşan dinc sakinlərə atəş açıb.
İsrail ordusu (SAXAL) isə bəyan edir ki, yardım paylanarkən böyük basabas olub, nəticədə insanlar həlak olublar.
İsrail ordusu humanitar yardımın paylanması anlarının əks olunduğu videokadrları paylaşıb.
İnsanların maşınlara hücum çəkməsinin səbəbi Qəzzaya göndərilən humanitar yardımların HƏMAS tərəfindən ələ keçirilməsidir. Bu səbəbdən dinc sakinlər yardım gətirmiş maşınlara HƏMAS yaraqlılarından tez çatmağa çalışırlar.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun