Çin avtomobilləri buna görə təhlükəlidir - Bayden

29 Fevral 2024 21:50

ABŞ hakimiyyəti ölkəyə idxal edilən Çin avtomobilləri ilə bağlı ölkənin milli təhlükəsizliyinə təhdid səbəbindən araşdırmaya başlayıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə ABŞ Prezident Co Bayden deyib.

"Çin kimi problemli ölkələrin texnologiyalarından istifadə etməklə internet şəbəkəsinə qoşulan avtomobillərlə bağlı araşdırma aparılması üçün ticarət nazirinə təlimat verdim", - deyə Ağ Ev rəhbəri bildirib.

Onun sözlərinə görə, Çin maşınları vətəndaşlar, eləcə də ABŞ infrastrukturu haqqında məlumatları toplayıb Çin hakimiyyətinə ötürə bilər.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun