Edmon Marukyan istefa verdi

29 Fevral 2024 20:44

Ermənistan Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan istefa verib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə o sosial şəbəkə hesabında paylaşım edib.

Bildirilib ki, o istefa ərizəsini təqdim edib.

"Son zamanlar bir sıra fundamental məsələlərdə yaranan fərqlər mənim xarici siyasət cəbhəsində iştirakımı mümkünsüz edir", deyə o bildirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun