Bu universitet bağlanacaq - RƏSMİ

29 Fevral 2024 16:42

"Naxçıvan" Universiteti fəaliyyətini dayandıracaq.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib.

O bildirib ki, "Naxçıvan" Universitetinin tələbələri bu tədris ilinin sonuna qədər təhsilini davam etdirəcək:

"Məzunlar diplomlarını "Naxçıvan" Universitetinin məzunu olaraq alacaqlar. Aşağı kursda oxuyan tələbələr isə digər ali təhsil müəssisələrinə köçürüləcək".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun