Zaur Hacı-Məhərrəmov UEFA-dan təyinat aldı

29 Fevral 2024 12:43

Peşəkar Futbol Liqasının icraçı direktoru Zaur Hacı-Məhərrəmov UEFA-dan təyinat alıb.

Milli.Az xəbər verir ki, bu haqda AFFA-nın rəsmi saytı məlumat yayıb.

Azərbaycanlı funksioner UEFA Konfrans Liqasının 1/16 final mərhələsi çərçivəsində martın 7-də Avstriyanın Qrats şəhərindəki "Stadium Graz Liebenau" stadionunda keçiriləcək "Şturm" (Avstriya) - "Lill" (Fransa) oyununun UEFA nümayəndəsi olacaq.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun