DƏHŞƏTLİ GÖRÜNTÜLƏR: Texasdakı yanğın Oklahomaya keçdi - VİDEO

29 Fevral 2024 11:17

ABŞ-də bir neçə gündür davam edən meşə yanğınları artıq 344 min hektar əraziyə yayılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı "CNN" telekanalı yayıb. 

Bildirilir ki, alovlar sürətlə yayılır və artıq Oklahoma ştatının ərazisinə də keçib. 

Təbii fəlakət böyüklüyünə görə Texas tarixində ikinci belə yanğın olub. 

Xatırladaq ki, fevralın 28-i Texas qubernatoru Qreq Ebbot ştatın 60 dairəsində fövqəladə vəziyyət elan edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun