Azərbaycanda şagird dünyasını dəyişdi - FOTO

29 Fevral 2024 11:07

Bərdədə şagird dünyasını dəyişib.

Milli.Az lent.az-a istinadən bildirir ki, Bərdə şəhər Tofiq İsmayılov adına 1 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Hacılı Züleyxa Tanrıverdi qızı qəfil ölüb.

Bu barədə məktəb sosial şəbəkə səhifəsində məlumat yayıb.

Bildirilir ki, ölümə səbəb Z. Hacılının beyninə qəfil qan sızması olub. Mərhum şagird uşaq ikən anasını, bir neçə il əvvəl isə atasını itirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun