KİV: İsraillə HƏMAS arasında razılıq əldə olunub

28 Fevral 2024 23:49

İsraillə HƏMAS arasında razılıq əldə olunub.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "Al Arabiya" telekanalı məlumat yayıb.

Telekanal Fələstin rəhbərliyinin nümayəndəsinin sözlərində sitat gətirib: "Hərəkatla İsrail arasında Qəzzaya humanitar yardımın çatdırılması ilə bağlı prinsipial razılıq əldə olunub".

Nümayəndə münaqişə tərəfləri arasında sözügedən məsələ ilə bağlı razılığın təfərrüatlarını açıqlamayıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun