Yaponiya səs-küyə görə sakinlərə yarım milyard ödədi

28 Fevral 2024 21:27

Son onilliklərdə Yaponiya hökuməti aviasiya uçuşlarından yaranan səs-küyə görə təzminat kimi Amerika hərbi bazalarının yaxınlığında yaşayan insanlara təxminən 70,4 milyard yen (təxminən 467,4 milyon dollar) ödəyib.

Milli.Az axar.az-a istinadən bildirir ki, Yaponiya Nazirlər Kabinetinin açıqlamasında bildirilib.

"Mainichi" qəzeti isə Tokionun müvafiq müraciətlərinə baxmayaraq, ABŞ-ın heç bir ödəniş etmədiyini yazıb.

Qeyd edək ki, Amerikanın beş bazasına yaxın ərazilərin sakinləri tərəfindən müxtəlif vaxtlarda çoxsaylı iddialar qaldırılıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun