Rusiya şou-biznesinin nümayəndəsi Anastasiya Voloçkova hələ də ideal kişi axtarışında olduğunu etiraf edib.
Milli.Az lent.az-a istinadən bildirir ki, 48 yaşlı aktrisa ona ərə gedib, uşaq doğmaq istədiyini bildirib.
O deyib ki, sevdiyi kişinin əvvəlki nikahından uşaqlarının olması problem yaratmaz.
Qeyd edək ki, Voloçkovanın yeniyetmə bir qızı var. O, əvvəllər azərbaycanlı iş adamı Bəxtiyar Səlimov ilə, daha sonra Hollivud ulduzu ilə sevgili olduğunu demişdi.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun