İstanbulda fabrikdə güclü yanğın olub

28 Fevral 2024 19:32

Türkiyənin İstanbul şəhərinin Beykoz rayonunda yerləşən fabrikdə yanğın başlayıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Türkiyə mətbuatında məlumat yayılıb.

Yanğının söndürülməsi üçün yanğınsöndürənlər, xilasedicilər cəlb olunub.

Hadisə zamanı xəsarət alanlar barədə məlumat yoxdur.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun