Azərbaycanlı xanım referi Türkiyə millisinin oyununda

28 Fevral 2024 15:33

FIFA referisi Fəridə Lütfəliyeva beynəlxalq yoldaşlıq oyununa təyinat alıb.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, o, fevralın 28-də Türkiyənin Antalya şəhərində yerləşən "Atatürk" Olimpiya Stadionunda keçiriləcək qadın futbolçulardan ibarət Tükiyə - Rumıniya yoldaşlıq görüşünün baş hakimi olacaq.

Ona Sevda Nuriyeva və Gülnurə Əkbərzadə kömək edəcək. Dördüncü hakim funksiyasını isə türkiyəli Cansu Tiryaki yerinə yetirəcək.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun